HADİSƏ

Azərbaycanlı dünya çempionu qəzada həyatını itirdi

Fərhad Poladov bu gün saat 14.00 radələrində 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib
Sputnik

BAKI, 30 iyun — Sputnik. Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladov dünyasını dəyişib.

Azərbaycanlı dünya çempionu qəzada həyatını itirdi

Sputnik Azərbaycan-ın məlumatına görə, idmançı bu gün saat 14.00 radələrində 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında idarə etdiyi “Niva” avtomobili ilə hərəkətdə olarkən maşını səkiyə çırpıb. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və  “Hyundai” markalı avtomobillə toqquşub.

F.Poladov ayağın bud sümüyünün sınığı, döş qəfəsinin və qarının ağır travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq əməliyyat olunmuşdu.