MƏDƏNİYYƏT

Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi

Amerikadan olan müğənni Kendra Moria yeni mahnısını təqdim edərək Azərbaycandan olan pərəstişkarlarını sevindirib
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Amerikalı müğənni Kendra Moria yeni mahnısını 12 il əvvəl yaşadığı Azərbaycana həsr edib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni yeni mahnısının audio yazısını Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. O, Azərbaycana “Odlar yurdu” mahnısını həsr edib.

Müğənni etiraf edib ki, Bakı və bakılı dostları üçün çox darıxır. Azərbaycanlıı sosial şəbəkə istifadəçiləri isə Amerikada yaşamasına baxmayaraq, bir zamanlar yaşadığı ölkəni unutmadığına görə müğənniyə təşəkkür ediblər.

Kendra Moria hazırda Amerikada müğənni karyerasını qurur. O, uzun müddət ailəsi ilə birgə Bakıda yaşasa da, təhsilinə görə vətəninə qayıtmalı olub. Amerikada yaşayan Kendra vətənində Azərbaycan mədəniyyəti və mətbəxini təbliğ edir. Müğənni sonuncu dəfə 2018-ci ildə Youthvision-2017 beynəlxalq mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya səfər edib.