ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək üçün Konqresdən razılıq almağın gərək olmadığını bildirib. Onun sözlərinə görə, qanuna əsasən, prezident ABŞ Konqresindən icazə istəməməlidir.
Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, hazırda ABŞ və Avropa İttifaqı arasında bu məsələ ilə bağlı danışıqlar gedir: “Avropa İttifaqı çalışır ki, İranı sazişdən çıxmağa qoymasın. Yaranmış vəziyyətdən böyük müharibənin qoxusu gəlməsə də, lokal qarşıdurmaların baş verməsi labüddür. Düşünürəm ki, Avropa İttifaqının təşkilatçılığı ilə ABŞ və İran arasında danışıqlar baş verə bilər”.
Qeyd edək ki, 2015-ci il iyulun 15-də İranla “altılıq” ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Çin və Rusiya) arasında rəsmi Tehranın nüvə proqramına dair imzalanıb. Avropa İttifaqının ali nümayəndəsi, Almaniya, Britaniya və Fransanın xarici işlər naziriləri birgə bəyanat yayaraq, İranın nüvə anlaşmasındakıə öhdəliklərinin yerinə yetirməyə çağırıblar.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz