Qadın virtual seksdən o dünyalıq oldu

Şübhəli şəxs həbsxana kamerasında öldükdən sonra cinayət işi bağlanıb
Sputnik

BAKI, 29 iyun — Sputnik. Böyük Britaniyada internetdən pul qazanmaq məqsədilə virtual sekslə məşğul olan qadın boğularaq ölüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, öyrənməyə çətinliyi olan insanlara yardım edən 21 yaşlı Houp Barden 45 yaşlı Cerom Dangarla virtual sekslə məşğul olarkən, kişi qadına əlavə pul ödəyərək özünü boğmasını istəyib.

Polis cütlüyün 3 ay davam edən münasibətlərində Dangarın qızdan təhlükəli cinsi davranışlar nümayiş etdirməsəini tələb etdiyini ortaya çıxarıb. Dangar haqqında cinayət işi başlanıb.

Dangar həbsxana kamerasında öldükdən sonra cinayət işi bağlanıb.