BAKI, 29 iyun — Sputnik. ABŞ prezidenti Donald Trampın G-20-nin zirvə toplantısında Argentina prezidentinin həyat yoldaşı Mariya Culiyananı öpməsi anı sosial mediada rezonansa səbəb olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, G-20 zirvə görüşünün iştirakçıları xatirə şəkli çəkdirmək üçün bir araya toplanarkən Ağ Ev rəhbərinin atdığı addım maraqla qarşılanıb.
Belə ki, xatirə şəkli çəkdiirlərkən Ağ Ev rəhbəri Donald Tramp uzun qara geyimi ilə diqqəti cəlb edən Argentina prezidenti Maurisio Makrinin həyat yoldaşını öpüb. Həmin andan çəkilən kadrlar isə sosial şəbəkədə maraqla qaşılanıb və geniş paylaşımlara səbəb olub.