HADİSƏ

Məzun günü onlara baha başa gəldi

Məzun günü mərasimindən qayıdanlar qəzaya uğradı, ölən var
Sputnik

BAKI, 29 iyun — Sputnik. Türkiyənin Kayseri şəhərində məzun günü mərasimindən qayıdanlar qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qəza nəticəsində 4 nəfər yaralanıb. Avtomobildə olanlardan 1 isə dünyasını dəyişib.

Məlumata görə, qəzaya səbəb avtomobilin yoldan çıxması olub.

Qeyd edək ki, qəzada yaralanan şəxslər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilmir.