BAKI, 29 iyun — Sputnik. Kim Kardaşyan yaponların narazılığına səbəb olan öz "Kimono" adlı altgeyimləri xəttinin adını dəyişməyəcəyini bildirib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kardaşyan bir müddət əvvəl öz "Twitter" səhifəsində "Kimono Solutionwear" alt geyimləri xəttini paylaşaraq layihəni 15 ilə hazırladığını qeyd edib.
Xəttin adı modelin öz adından götürlsə də, sosial şəbəkələrdə tənqid dalğası ilə qarşılanıb. İstifadəçilər hesab edir ki, Kardaşyan ənənvi yapon geyimlərinin adından istifadə edərək pul qazanır.
Model isə açıqlamasında bildirib ki, o öz xəttinə "Kimono" adı verməklə yapon köklərinə toxunmaq istəməyib, əskinə bu obyektə gözəllik qatmaq istəyib. O, həmçinin əlavə edib ki, Yaponiya mədəniyyətinə dərin hörmətlə yanaşır.