SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İstanbul seçkilərindəki məğlubiyyət Ərdoğanın ailəsinə də çatdı

İstanbul seçkilərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtisadi blokda dəyişikliyə gedəcəyi müzakirə edilir
Sputnik

BAKI, 29 iyun — Sputnik. Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrakın yerinə keçmiş Maliyyə naziri Naci Ağbalın gələcəyi iddia edilir.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, İstanbul seçkilərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtisadi blokda dəyişikliyə gedəcəyi müzakirə edilir. Bunların içərisində hazırkı Xəzinə və Maliyyə naziri Berat Albayrakın yerinə keçmiş nazir Naci Ağbalın gələcəyi iddia edilir.

Ağbalın yeni vəzifə üçün hazırlıqlara başladığı danışılır.

2018-ci ildə birləşdirilən Xəzinə Müşavirliyinin Maliyyə Nazirliyindən təkrar ayrılacağı deyilir. Ağbalın Maliyyə naziri gətiriləcəyi iddia edilir.

Xatırladaq ki, B.Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. İstanbul bələdiyyə seçkilərində Ərdoğanın da dəstəklədiyi Binəli Yıldırım CHP-dən Əkrəm İmamoğluna məğlub olub.