BAKI, 29 iyun — Sputnik. Bir neçə saat davam edən leysan yağışları Batumi əhalisinə problemlər yaradıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, küçələr, zirzəmilər su altında qalıb.
Mərkəzi küçələrdə nəqliyyatın hərəkəti dayanıb. Acarıstan paytaxtı ilə Kobuletini birləşdirən avtomobil yolunda nəqliyyat əlaqəsi kəsilib.
Təbii fəlakətə qarşı tədbirlər davam etdirilir. Yerli sakinlərinin evlərindən suyun boşaldılmaısna yanğınsöndürmə briqadaları yardım edib.
"Bütün gecə bizim əməkdşalarımız küçələrdə növbədə olub. Problem mərkəzdə təmir işlərinin görülməsi ilə meydana gəlib. Bütün kanalizasiya lyukları bağlı olub. O qədər güclü suyun getməsi üçün yer olmayıb. Nəqliyyatın hərəkətinə gəldikdə isə biz biz əsas yollarda nəqliyyatın hərəkətini bərpa edə bilmişik", - deyə Batumi şəhərinin meri Laşa Komaxidze deyib.
Qori şəhərində də dolu və leysan müşahidə edilib. Yerli əhalinin sözlərinə görə, meyvə bağları və fərdi həyətyanı sahələr zərər görüb.
Sinoptiklərin məlumatına əsasən, həftə sonuna qədər Gürcüstanın müxtəlif sahələrində yağıntı gözlənilir.