HADİSƏ

Azərbaycanda zəlzələ oldu

Xəzərin dənizində zəlzələ olub
Sputnik

BAKI, 29 iyun — Sputnik. Bu gün səhər saatlarında Xəzərdə zəlzələ baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. İlkin məlumatlara görə, təkanlar yerli vaxtla saat 10:56-da Xəzər dənizində qeydə alınıb.

Qeyd edək ki, maqnitudası 3.4, dərinliyi 54 km olan zəlzələ hiss olunmayıb.