Qazaxlardan cəsarətli hərəkət: Əxlaqsızlıq edən əcnəbilər cəzalandı - VİDEO

Liviyalı Əli Davudun hərəkəti ərəblərə baha başa gəldi
Sputnik

BAKI, 29 iyun - Sputnik. Qazaxıstanın Tengiz neft yatağında işləyən mindən artıq fəhlə Tengiz qəsəbəsində nümayişə başlayıb. Səbəb isə burada fəaliyyət göstərən 3GI zavodunda işləyən liviyalı Əli Davudun qazax qızla tərbiyəsiz məzmunlu şəkil paylaşmasıdır. Sputnik Qazaxıstan-ın məlumatına əsasən, şəkildə Əli Davud ratsiyanın antenini qazax qızın ağzına tərəf uzadıb. 

Qazax fəhlələr bu şəkli təhqir hesab ediblər və nümayişə çıxaraq ərəb əsilli əməkdaşları döyməyə başlayıblar. Döyülənlər ərəblərə məxsus CCEP podratçı təşkilatının nümayəndələridir. Onların arasında rəhbər vəzifədə olanlar da var. Əlacsız qalan "Tengizşevronoyl" şirkəti əcnəbiləri qəsəbədən qaçırmağa başlayıb. Lakin qazaxlar avtobusları daşa basıblar.

Hadisə yerinə Qazaxıstanın rəhbər nümayəndələri gəliblər. Qazaxıstan Daxili İşlər Nazirliyi artıq vəziyyətin nəzarət altında olduğunu bəyan edib.

Xatırladaq ki, bir müddət əvvəl ərəb mənşəli şəxs azərbaycanlı qızla intim videosunu internetdə paylaşmışdı.