CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Canavarın Oğuz hücumunun dəhşətli görüntüləri

Oğuzda canavara qarşı xüsusi tədbir görülməsi barədə qərar qəbul olundu - başını kəsəcəklər
Sputnik

İlham Əhmədov Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Xəbər verildiyi kimi, Oguz rayonunun Xaçmaz kəndinə dünən canavar hücum edib. Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, dünənki hadisə yırtıcının həftə ərzində üçüncü hücumu imiş.

Xatırladaq ki, kəndə hücum edən canavar ikisi uşaq olmaqla 4 nəfəri yaralayıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Canavar hücumu nəticəsində 15 yaşlı Namiq Bəkirli başın, üst dodağın, boynun və başın arxa səthindən, 15 yaşlı Tural Məmmədnəbili sol əlin bazu və sol ayağın bud nahiyəsindən, 57 yaşlı İbrahim İslamov sağ əlin üçüncü barmağından və 57 yaşlı Mahirə Məmmədova sağ əlin barmağından xəsarət alıb. Xəstəxanada hər 4 zərərçəkənə də ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub və quduzluq əleyhinə vaksinlər vurulub.

Canavarın Oğuz hücumunun dəhşətli görüntüləri

Onu da qeyd edək ki, hadisədən iki gün əvvəl evlərinə gedən digər kənd sakinlərinə yolda ikən canavar hücüm çəkib və sakinlərin əlində olan təsərrüfat əşyalarının hesabına onlara yaxın düşə bilməyən yırtıcı bir nəfəri barmağından qaparaq xırda dişləklə ərazidən qaçmağa müvəffəq olub. Kənd sakini İbrahim İslamov bildirib ki, həmin hadisə günorta baş verib və xoşbəxtlikdən həmin vaxt küçələrdə körpə uşaqların olmaması böyük faciənin qabağını alıb. Lakin faciə dünən baş verib.

Canavarın Oğuz hücumunun dəhşətli görüntüləri

Məsələ ilə bağlı rayon Baytarlıq İdarəsi ilə əlaqə yaratdıq və hadisədən sonra hansı tədbirlərin görüldüyünü və hansi tədbirlərin görüləcəyini soruşduq.

Oğuz rayon Baytarlıq idarəsinin rəisi Şavəddin Ramazanov bildirdi ki dərhal məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bölgə üzrə nümayəndəsinin iştirakı ilə iclas olub. Aidiyyatı qurumlara heyvanın vaxtında tapılaraq tələf edilməsi, tələf edilmiş heyvanın başının götürülərək Bakı şəhərinə analiz üçün göndərilməsi barədə tapşırıq verilib.

Heyvanın quduz olması ehtimalı var və xəsarət alan insanların mütəmadi olaraq 3 ay müddətində quduzluq əleyhinə vaksinasiya olunması üçün Şəki rayon Mərkəzi xəstəxanası ilə əlaqə saxlanıldığı qeyd olunub.