İQTİSADİYYAT

Azərbaycan nefti bahalaşdı

"Azeri Light"ın bir bareli 67,67 dollara satılır
Sputnik

BAKI, 29 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,37 dollar artaraq 67,67 dollar olub.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,01 dollar artaraq 66,55 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,96 dollar ucuzlaşaraq 58,47 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.