CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zamirə Hacıyevanın professor şahidi "vəkillik" elədi

Şahid Hacıyevanın tərəfini tutub
Sputnik

BAKI, 28 iyun — Sputnik. Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi əsasında Londonda məhkəmə prosesi bu gün davam etdirilib.

Sputnik Azərbaycan APA-ya istinadla bildirir ki, bu gün keçirilən məhkəmə prosesində Birkbek Universitetinin professoru Bill Villiam Bovrinq şahid qismində çıxış edib. O, iyunun 26-da məhkəmədə gizli şahid qismində çıxış edən azərbaycanlı kimi Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində problemlər olduğunu iddia edib. O, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssəsilərində şərtlərin yaxşı olmadığını qeyd edib.