CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdin səhv qiyməti direktoru 3000 manat ziyana salacaq

Vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək cərimə edilə bilərlər
Sputnik

BAKI, 28 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlanılıb.

"Camaatın uşağı"nı unudun, sizə öz övladınız lazımdır

Sputnik Azərbaycan-a DİM-dən verilən məlumata görə, bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri "Şagird-məzun" dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən, ümumi təhsil və peşə təhsili müəssisələrinin "Şagird-məzun" dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilirlər.