"Moskva dadı"nda Azərbaycansayağı ziyafət

Çay da içdilər, şərab da, hələ hədiyyə də aldılar
Sputnik

BAKI, 28 iyun — Sputnik. Azərbaycan Turizm Bürosu tərəfindən Moskva şəhərində Rusiyanın nüfuzlu blogerləri üçün piknik təşkil edilib.

"Moskva dadı"nda Azərbaycansayağı ziyafət

Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən verilən məlumata görə, sosial şəbəkələrdə böyük izləyici kütləsi olan 10-a yaxın blogerin iştirak etdiyi piknikin keçirilməsində məqsəd Azərbaycanın milli mətbəx nümunələrinin təbliği və daha geniş kütləyə tanıtdırılmasıdır.

Piknik zamanı azərbaycanlı aşpaz Orxan Muxtarov blogerlərə Azərbaycanın zəngin milli mətbəxi, onun komponentləri və hazırlanma qaydaları, o cümlədən ölkənin qastronomik turizm sahəsindəki mövcud potensialı barədə ətraflı məlumat verib. Sonda ölkənin çayiçmə mədəniyyəti, o cümlədən şərabçılıq ənənələri ilə tanış olan bloqerlərə xüsusi hədiyyələr verilib.

"Moskva dadı"nda Azərbaycansayağı ziyafət

Qeyd edək ki, təbliğat xarakterli piknik Moskvada baş tutan "Taste of Moscow" sərgisinə dəstək məqsədilə keçirilib.