CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağstafada yol qəzası iki can aldı

Ağstafada ağır yol qəzası nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb
Sputnik

BAKI, 28 iyun — Sputnik. Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bakıda zəncirvari qəza: 6 maşın bir-birinə girdi - FOTOLAR

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Poylu kəndi yaxınlığında qeydə alınıb.

Belə ki,  “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Hadisə zamanı avtomobilin aşması nəticəsində Ağstafa rayon sakinləri - 1989-cu il təvəllüdlü Ramil Nəsirəddin oğlu Kazımov, 1991-ci il təvəllüdlü Vüsal Xıdır oğlu Axundov xəsarət alıblarş Cəsur İbrahim oğlu Ağayev və Fərhad İsmayıl oğlu Əliyev isə ölüblər.

Yaralılar Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.