CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda gəzəri təhlükə - Sərinləmək xatirinə sağlamlığınızı əldən verməyin - FOTO

Satıcıların gözə xoş "marketinq gedişləri" bəzi təhlükələri maskalayır
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Havaların istiləşməsi ilə əlaqədar paytaxtın müxtəlif istiqamətlərində səyyar dondurma satışı artıb. Yerli satıcılardan fərqli olaraq türkiyəli satıcılar məhsullarını qeyri-adi formada təqdim etməklə, oyun, aldatma üsulu ilə də özlərinə alıcı cəlb edirlər. Lakin onların bu "marketinq gedişi" bəzən müəyyən təhlükələrə yol aça bilir. Buna səbəb isə onların gigiyena qaydalarına riayət etməmələridir.

Paytaxtda gəzəri təhlükə - Sərinləmək xatirinə sağlamlığınızı əldən verməyin - FOTO

Paytaxtın "28 May" metrostansiyasının qarşısında da bu cür səyyar dondurma satışı həyata keçirilir. Sputnik Azərbaycan-ın kameralarına tuş gələn görüntülərdən də açıq-aşkar görünür ki, onların bəziləri gigiyena qaydalarına əməl etmir.

Belə ki, həmin satıcılar əlcək taxmadan işləyir, dondurmanı vaflilərə tökərək alıcılara təqdim edirlər. Üstəlik, satıcı həm pul xırdalayır, həm də dondurma satır.

Yaranan bu mənzərə bəzi alıcıları narazı salsa da, hətta gigiyena qaydalarına riayət olunmadığı halda belə təhlükəli məhsulu almaqdan imtina etməyənlər var.

Paytaxtda gəzəri təhlükə - Sərinləmək xatirinə sağlamlığınızı əldən verməyin - FOTO

"Dondurmanı nə üçün əlcəksiz satırsız" sualına isə satıcı: "Əlim dondurmaya dəymir", - deyə cavab verdi.

Qeyd edək ki, bu məsələ ilə bağlı artıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu yollamışıq. AQTA-nın mövqeyi işıqlandırılacaq.