CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzda canavar dörd nəfəri yaraladı - ikisi uşaqdır

Həvəskar ovçular yırtıcıların izinə düşəcəklər
Sputnik

BAKI, 28 iyun — Sputnik. Oğuz rayonunda canavar kəndə hucum edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində baş verib. Kənd sakinləri, 2004-cü il təvəllüdlü Namiq Zöhrab oğlu Bəkirli, 2004-cü il təvəllüdlü Tural Adil oğlu Məmmədnəbili, 1968-ci il təvəllüdlü İbrahim Fətulla oğlu İslamov və 1962-ci il təvəllüdlü Mahirə Musa qızı Məmmədova canavar dişləməsi xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Canavar nə gəzir: Fermer şikayət edir, İH isə inanmır

Canavar N.Bəkirlinin baş, boyun və kürək nahiyələrinə xəsarət yetirib. T.Məmmədnəbilinin, İ.İslamovun və M. Məmmədovanın xəsarətləri yüngül hesab edilir. Canavarın xəsarət yetirdiyi şəxslərə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar. N.Bəkirlinin xəsarəti ağır olduğundan onun müalicə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərmək qərarı verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Oğuz rayonunun Xaçmaz kəndində canavarın insanlara hücum etməsi faktı ilə bağlı həvəskar ovçulardan ibarət İşçi Qrup yaradılıb.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, hazırda sözügedən ərazidə İşçi Qrup tərəfindən vəhşi heyvanın tapılaraq zərərsizləşdirilməsi məqsədilə tədbirlər görülür.