İQTİSADİYYAT

Lombardların bazarı vurulur, məhdudiyyətlər gəlir

Milli Məclis "Lombardlar haqqında" yeni qanun layihəsini qəbul edib
Sputnik

BAKI, 28 iyun — Sputnik. Lombardların verdiyi kreditlərin müddətinə məhdudiyyət tətbiq ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Lombardlar haqqında" yeni qanun layihəsinə əsasən, lombard tərəfindən kreditlər manatla 12 aydan artıq olmayan müddətə veriləcək.

Lombardlar lisenziya almaq üçün rüsum ödəyəcək

Qeyd edək ki, hazırda lombardlar əhaliyə 24 ayadək kreditlər təklif edir.

Lombard daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsdir.

Milli Məclis "Lombardlar haqqında" yeni qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir.