SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Kərimli ilə bağlı rəsmi açıqlama

Partiya sədrinə rəsmi xəbərdarlıq edilib
Sputnik

BAKI, 28 iyun — Sputnik. İyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən "Müsavat" Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına istinadla bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə "Prokurorluq haqqında" qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb.