BAKI, 28 iyun — Sputnik. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli saxlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Ə.Kərimli Müsavat Partiyasının qərargahına siyasi və ictimai fəallarla bağlı “Həmrəylik marafonu”na qoşulmaq üçün gedib. Bu zaman onu polis saxlayıb.
Bundan əlavə, polis Müsavat Partiyasının qərargahını boşaldıb.
Trend-in məlumatına görə, Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub. Onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.
Hadisə ilə bağlı rəsmi məlumat veriləcəyi gözlənilir.