CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu küçələrdə maşın saxlamaq olmaz - Siyahı açıqlandı

Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir
Sputnik

BAKI, 28 iyun — Sputnik. Yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması – təxliyyə xidmətinə başlanılacaq.

Bu küçələrdə maşın saxlamaq olmaz - Siyahı açıqlandı

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyyə işlərinin həyata keçiriləcəyi ünvanların siyahısı açıqlanıb. Bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib.

Bu küçələrdə maşın saxlamaq olmaz - Siyahı açıqlandı

Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir. Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər aşağıdakı ünvanlardır.