CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməkdar artistin başını keçəl etdilər – Həyat yoldaşı qırxdı

"Toppuş bacı" ləqəbli aktrisa uşaqlıq yolu xərçəngindən əziyyət çəkir
Sputnik

BAKI, 28 iyun — Sputnik. Əməkdar artist Tünzalə Əliyevanın sosial şəbəkədə yerləşdirdiyi videosu ilə yenidən gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa saçları qırxılan an lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb.

Uzun müddətdir xərçəngdən əziyyət çəkən aktrisa "İlk dəfə görəndə ki, saçlarım tökülməyə başlayıb, stres keçirdim. Zəhra (qızı - red.) məni görüb pis olacaq... Birdə gördüm Röyal (həyat yoldaşı - red.) məndən qabaq saçlarını kəsdirib ki, mənə asan olsun. Dedi ki, “bəyəm mən ölmüşəm” və saçımı özü qırxdı" deyə paylaşdığı videonun altından yazıb.

Qeyd edək ki, "Toppuş bacı" kimi tanınan aktrisa uşaqlıq yolu xərçəngindən əziyyət çəkir. Bir müddət əvvəl o, şişin boğazına qədər yayıldığını söyləmişdi.