Bu həftə Avropa ölkələrində rekord istilər qeydə alınıb. İri şəhərlərin sakinləri anomal istilərdən qaçmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər - fəvvarələrdə, çay və göllərdə çimirlər, kölgəlikdə gizlənirlər və kondisionerli yerlərdə sərinləməyə çalışırlar.
Amma meteoroloqlar qeyd edirlər ki, İspaniyadan tutmuş İsveçrəyə qədər Qərbi Avropa ölkələrinin əksəriyyətində havanın temperaturu daha da artacaq və 40 dərəcəni ötüb keçəcək. Proqnozlara görə, pik istilər həftə sonu müşahidə olunacaq.
Avropa sakinlərinin bəziləri günəş şüalarından qorunmağa çalışarkən, bəziləri də isti havaya görə sevinirlər. Avropada isti havada əhalinin nə etdiyinə Sputnik Azərbaycan-ın fotolentində baxın.