CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ay ərzində ölkədə zəhərlənən uşaqların sayı bilindi

Ay ərzində dərman zəhərlənməsi ilə bağlı 17 müraciət daxil olub
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. “Aprel ayından bu günədək bizə ilansancma ilə bağlı 37 müraciət daxil olub. Ümumilikdə, ötən ay ərzində daxil olan belə müraciətlərin sayı 21, bu ay isə 11 olub. İlansancmadan zəhərlənənlər arasında azyaşlılar olmayıb”. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib. O digər zəhərlənmə hadisələri ilə bağlı da məlumat verib. A.Maqsudov bildirib ki, allergik reaksiya ilə əlaqədar olaraq isə bu ay ərzində ümumilikdə 14 müraciət daxil olub: “Allergik reaksiya ilə əlaqədar zəhərlənənlər arasında azyaşlılar da olub. Onların sayı isə 3 olub”.

A.Maqsudov qeyd edib ki, bu ay dərman zəhərlənmələri bağlı da müraciətlər qeydə alınıb: “Ay ərzində dərman zəhərlənməsi ilə bağlı 17 müraciət daxil olub. Onlardan 4-ü isə uşaq olub”.