CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "Uşaq pulu məsələsi həll edilməlidir"

Qüdrət Həsənquliyev hüquqi maarifçiliyin yolunu göstərdi
Sputnik

BAKI, 27 iyun - Sputnik. “Gələn ildən uşaq pulu məsələsi həll edilməli, habelə prokurorluq orqanları əməkdaşlarının əmək haqları da artırılmalıdır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili deyib ki, biz həm də hüquqi maarifçilik işini aparmağa çalışmalıyıq: “Televiziyalarda hüquqi verilişlər aparılsa, buna məhdud sayda insan baxacaq. Qərbdə bunun yolunu tapıblar. Bu məqsədlə daha çox seriallar çəkilir. İnsanlar bu seriallara baxmaqla həm əylənir, həm də hüququ prosedurları öyrənirlər. Ola bilsin, biz o səviyyədə seriallar çəkə bilmərik, amma ən azı bu cür seriallar tərcümə edilə bilər”.