Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masada iştirak etmiş Üzeyir Cəfərov, həm də Azərbaycan ordusunun mövqeyi haqqında fikrini bildirib.
Onun sözlərinə görə, Azərbaycan son illərdə insan amilini aradan qaldıran müasir silahların alınmasına üstünlük verir. O, qeyd edib ki, Azərbaycan əməkdaşlıq etdiyi ölkələr sırasına yeni adlar əlavə etmək əzmindədir və arsenalını daim gücləndirdiyini heç kimdən gizlətmir.
Ü. Cəfərov bildirib ki, 2019-cu ildə dövlət büdcəsindən 3 milyard 370 milyon manat vəsait müdafiə və təhlükəsizlik sahəsinə ayrılıb.