"Qara" qitəni dəhşətli günlər gözləyir

Bütöv bir qitə əsrin sonunda səhraya çevrilə bilər
Sputnik

BAKI, 26 iyun — Sputnik. Afrikada davamlı əhali artımı qitənin bir çox ölkələrində ekosistemlərin kəskin deqradasiyasına səbəb olacaq. Çünki əhali sıxlığı artdıqca təbii resurslardan istifadə də kəskin həddə çatacaq.

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, bu barədə "Scientific Reports" jurnalındakı məqalədə qeyd olunur.

Afrika kiçiləcək, yerində ada yaranacaq

"Bizim qənaətlərimiz BMT-nin davamlı inkişaf proqramı ilə üst-üstə düşmür. Sadəcə, oraya əhalinin sayını və sıxlığını məhdudlaşdırmağa kömək edən tədbirlər daxil edilməyib. Afrika ölkələri həmin proqramı doğrudan da reallaşdırmaq istəyirlərsə, əhalinin artım tempini məhdudlaşdıran konkret ölçü götürməlidirlər", - Adelaidanın (Avstraliya) Flinders Universitetinin alimi Kori Bredşou (Corey Bradshaw) yazır. 

BMT-nin cari proqnozuna görə, planetin əhalisinin sayı əsrin ortalarında 9,9 milyarda çatacaq, 2053-cü ildə isə 10 milyardı ötüb keçəcək. Bu artımın böyük hissəsi Afrikanın payına düşəcək - orada sakinlərin sayı 2.5 milyard olacaq. Eyni zamanda amerikalılar 223 milyon, asiyalılar - 900 milyon nəfər artacaq, avropalıların sayı isə 12 milyon nəfər azalacaq.

PRB qeyri-hökumət təşkilatının ekspertləri hesab edirlər ki, planetin əsas sosial-demoqrafik problemi əhali artımının inkişaf baxımından ən geridə qalmış ölkələrin payına düşməsi olacaq. Bu ölkələr hələ indidən ekologiya və infrastruktur problemlərini həll etməkdə,  öz vətəndaşlarının ən sadə məişət ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər.