CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil”

Fəzail Ağamalı növbəti dəfə Xəzərin sahilinin hasarlanması problemini qaldırdı
Sputnik

BAKI, 27 iyun – Sputnik. Deputat Fəzail Ağamalı Xəzər dənizinin hasarlanmasına etiraz edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, deputat Milli Məclisin iclasında bildirib ki, Xəzər dənizinin sahilini başdan başa turizm məkanına çevirmək mümkündür: “Allahın verdiyi neməti qiymətləndirmirik. Xəzər dənizinin sahilini hasarlayıb, qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, hərə bir qiymət qoyur. Hasarlayanın imkan varsa, orada yaxşı hotellər inşa etsin və nəticədə yeni iş yerləri açılsın, Xəzər dənizinin sahili insanların ixtiyarına verilsin. Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil. Biz Milli Məclis olaraq bu məsələyə sərt reaksiyamızı ortaya qoymalıyıq”.

Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını həyata keçirmək isə müvafiq icraedici orqanların işidir.