BAKI, 27 iyun — Sputnik. Tunisin 92 yaşlı prezidenti Beji Kaid əs-Sebsi səhhətində yaranmış ciddi problem səbəbindən hərbi hospitala yerləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Cümə axşamı, iyunun 27-si səhər saatlarında prezidentin səhhətində ciddi problem yaranıb və o Tunisdə hərbi hospitala aparılıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Tunisin paytaxtında iki partlayış baş verib. Xəbər verilir ki, terroristlər polis maşınına və terrorizmlə mübarizə idarəsinin binasına hücum ediblər. Son məlumatlara görə bir polis nəfəri həlak olub, doqquz nəfər isə yaralanıb.
Əs-Sebsi 2014-cü ildən Tunisin prezidentidir.