RUSİYA

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Sanksiyalar 31 yanvar 2020-ci ilə qədər uzadılıb
Sputnik

BAKI, 27 iyun — Sputnik. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini artırıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, Aİ liderləri bu qərarı yekdilliklə qəbul ediblər.

Söhbət iqtisadi sanksiyalar gedir. Sanksiyalar 31 yanvar 2020-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, daha əvvəl Avropa Şurası Rusiyaya qarşı siyasi sanksiyaları ləğv edib, iqtisadi sanksiyalar barədə isə qızğın diskussiyalar aparılır.