SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp "yaxşı oğlanlar"la görüşə gedir

ABŞ prezidenti rəqiblərinə mesaj verdi
Sputnik

BAKI, 26 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp G20 sammitində görüşəcəyi dünya liderlərini "yaxşı oğlanlar" adlandırıb.

Ruhani Trampın addımını “axmaqlıq” adlandırdı

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, Tramp Vaşinqtonda mühafizəkarların konfransında çıxış edib.

"Bu çıxışımdan dərhal sonra Yaponiyaya gedirəm. Yaxşı oğlanlarla görüşəcəyəm. Başqa ölkələrlə, rəqib ölkələrlə, rəqiblərlə. Amma bu, normaldır. İşlərimiz əladır. Bizim işlərimiz onlarınkından daha yaxşıdır", - prezident deyib. 

"Böyük iyirmiliyin" sammiti çərçivəsində ABŞ Prezidentinin ən azı səkkiz ikitərəfli görüşü planlaşdırılır. Bunların sırasında Rusiya lideri Vladimir Putinlə də görüş var.