HADİSƏ

Qayınatasına güllə atmaq üçün Bakıdan Ağcabədiyə gedən kürəkən tutuldu

Ağcabədidə qayınatasının evinə tüfəngdən atəş açan Bakı sakini saxlanılıb
Sputnik

BAKI, 26 iyun - Sputnik. Bakı şəhər sakini T. Quliyevin avtomobilinə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.

DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 25-də Bakı şəhər sakini T. Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qayınatası M. Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

T. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.