CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının mərkəzində yanğın: 20 nəfər təxliyə edildi

Əraziyə 5 yanğınsöndürən maşını, 20 nəfər canlı qüvvə cəlb edilib
Sputnik

BAKI, 26 iyun — Sputnik. Bakının mərkəzində binada yanğın olub.

Sumqayıtda güclü yanğın: 25 ton sürtgü materialı yandı

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Piramida plaza"da yanğın olub.

Yanğın 18 mərtəbəli plazanın 14-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtanı əhatə edib. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yüklənmə olub.

20 nəfər bina sakini təxliyə olunub.

Əraziyə 5 yanğınsöndürən maşını, 20 nəfər canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb.