BAKI, 26 iyun - Sputnik. Zığ şosesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yerinə 50 nəfərlik şəxsi heyət və 15 maşın cəlb olunub və yanğın söndürülüb.
Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi yerdə olublar.