BAKI, 25 iyun — Sputnik. Yeni Yasamal-1 yaşayış sahəsindəki mənzillərin birindən oğurluq edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə müraciət Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə daxil olub.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq araşdırmalar aparılıb. Ev sahibi 210 manat pulunun və 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının "isti izlər"lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Nahid Soltanov və Bakı şəhər sakini Elvin Abbaslı 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.