BAKI, 25 iyun — Sputnik. Əməkdar artist Röya Ayxan sevdiyi şəxsə çoxsaylı bıçaq zərbəsi endirib, müğənni axtarışdadır.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözlər müğənninin 26 iyunda keçiriləcək konsertinin anonsunda deyilir.
Bu dəfə Röya Ayxan "Kimin belə sevgilisi var?" adlı konsert anonsunu fərqli şəkildə təqdim etməyi bacarıb. Bu haqda o, öz Instagram hesabında paylaşım edib.
Müğənni paylaşdığı videoya "Hər zaman uğurumun qiymətini bilib qiymətli insanları da seçdim. Möhtəşəm bir gecəyə hazırıq. Cəmi bir gün qaldı" fikirlərini əlavə edib. O, eyni zamanda təşkilatçılara da minnətdarlığını bildirib.
Qeyd edək ki, "Kimin belə sevgilisi var?" adlı konsert 26 iyun 19:00-da "Elux Events Hall" – da baş tutacaq.