Ulduz futbolçu pis istirahət etmir - FOTO

Ronaldu model Corciniya Rodriqezlə birlikdə Fransanın cənubunda dincəlir
Sputnik

BAKI, 25 iyun — Sputnik. Ulduz futbolçu Kriştianu Ronaldo Instagram səhifəsində etdiyi paylaşımla sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir ki, Millətlər kubokunun qaznılmasında müstəsna xidməti olan ulduz futbolçu artıq istirahətin dadını çıxarmaqla məşğuldur. Belə ki, o model Corciniya Rodriqezlə birlikdə Fransanın cənubunda yaxtada dincəlir.

Ulduz futbolçu pis istirahət etmir - FOTO

Ronaldo istirahətini əks etdirən öz sevgilisi ilə həddən artıq yaxın fotolarını Instagramda paylaşıb. Onun istirahət üçün kirayələdiyi yaxtanın uzunluğu 47 metr, içərisi 6 yataq otağı, idman və kino salonlarından ibarətdir. Yaxtanın bir həftəlik qiyməti isə nə az, nə də çox - düz 180 min funt sterlinqdir. 34 yaşlı futbol ulduzu onlara göstərilən xidmətdən məmunluğunu 18 min funt sterlinq ödəməklə bildirib.

Ulduz futbolçu pis istirahət etmir - FOTO

Qeyd edək ki, "Yuventus"un forvardı istirahətini keçən həftə Yunanıstandakı otellərin birində keçirirdi.