BAKI, 25 iyun — Sputnik. Ermənistan rəhbərliyi Vaqe Qriqoryanın Konstitusiya Məhkəməsinin rəhbəri təyin edilməsindən sonra ölkə Konstitusiya islahatları keçirmək niyyətindədir. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bu barədə "Jamanak" nəşri öz mənbələrinə istinadən xəbər verir.
"Onların məqsədi – prezident idarə-üsuluna qayıtmaqdır. Baş Nazir Nikol Paşinyan əmindir ki, ciddi rəqabətin olmadığı şəraitdə onu asanlıqla prezident seçəcəklər", - deyə nəşr yazır.