BAKI, 25 iyun — Sputnik. Gürcüstan parlamentində hakim "Gürcü Arzusu" və müxalif "Milli Hərəkat" və "Avropa Gürcüstanı" partiyalarının deputatları arasında dava düşüb. Bu barədə Sputnik Gürcüstan xəbər verir.
Gürcüstan müxalifəti parlamentin birinci vitse-spikeri Tamar Çuqoşvilidən aksiya iştirakçılarının Daxili İşlər naziri Georgi Qaxariyanın istefası da daxil olmaqla, tələblərinin müzakirəsini tələb edib.
Bundan sonra deputatlar arasında şifahi və fiziki qarşıdurma baş verib. Tamar Çuqoşvili texniki fasilə elan edib və müxalifət etiraz əlaməti olaraq iclas zalından çıxıb.