HADİSƏ

Bakıda zəncirvari qəza: 6 maşın bir-birinə girdi - FOTOLAR

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb
Sputnik

BAKI, 25 iyun — Sputnik. Bakı şəhəri, Mətbuat prospektində zəncirvari qəza hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, ümumilikdə qəza nəticəsində 6 maşına zərər vurulub.

Bakıda zəncirvari qəza: 6 maşın bir-birinə girdi - FOTOLAR

Belə ki, “Toyota Corolla”, “Hyundai Elantra”, “Hyundai Accent”, “Lexus”, “VAZ-2107” və “Nissan” avtomobilləri toqquşub. Zəncirvarı qəzanın baş verməsinə səbəb “Lexus” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub.

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Qəza ilə bağlı mətbuat prospektində sıxlıq müşahidə olunur. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.