CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan gələn ay könüllü hesabat verəcək

Azərbaycan təcrübəsini digər ölkələrlə paylaşmaq istəyir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. "Azərbaycan İKT xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir və bunu digər ölkələrlə paylaşmaq istəyir. ASAN Xidmət çox şəffaf şəkildə dövlət xidmətlərini çatdırır. Burada vətandaş məmnuniyyəti yüksək səviyyədədir".

BMT Bakıda mükafatlarını təqdim etdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova BMT-nin Dövlət Xidmətləri Forumunda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı siyasi iradə mövcuddur: "Hesabatlılığın vacib olduğunu nəzərə alaraq, monitorinq və qiymətləndirmə işçi qrupu yaradılıb. İqtisadiyyat Nazirliyi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı ikinci könüllü milli hesabatı gələn ay BMT-yə təqdim edəcək. 2020-ci ildə Bakıda Regional Dayanıqlı İnkişaf Məqsədlərinə dair forum keçiriləcək".