BAKI, 25 iyun — Sputnik. Rusiyalı hərbçilər 28-30 iyun tarixlərində Novosibirskdə keçiriləcək "Armiya 2019" Beynəlxalq Hərbi-Texniki Forumda ilk dəfə olaraq Su-34 "Utyonok" ("Ördək Balası") çoxməqsədli qırıcı-bombardmançı təyyarəni nümayiş etdirəcəklər.
Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu haqda Rusiyanın Mərkəzi Hərbi Dairəsi məlumat yayıb.
"Su-34 çoxməqsədli qırıcı və Su-24 bombardmançı Çelyabinsk vilayətindən "Tolmaçyovo" aerodromuna uçub. Orada forum keçiriləcək. "Utyonok" statik nümayiş zamanı göstəriləcək və arzu edən hər kəs texnikanı canlı olaraq izləyə biləcək", - deyə məlumatda bildirilir.
Döyüş imkanlarına görə Su-34 təyyarəsi "4+" nəsil təyyarələrə aiddir. Təyyarə saatda 1900 kilometr sürətlə uça bilir və ən yeni silah idarə sistemləri ilə təchiz olunub.