BAKI, 25 iyun — Sputnik. “Kuwait Airways” aviaşirkətinə məxsus təyyarə Fransanın Nitsa şəhərində eniş zamanı aeroportun binası ilə toqquşub.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Aviaşirkət deyib ki, hadisə dünən, təyyarənin idarəetməsində yaranmış səhv nəticəsində baş verib. Təyyarənin sol qanadının mərkəzi körpünün tağına dəydiyi bildirilir.
Ekipaj üzvləri və sərnişinlər təyyarədən təxliyə olunublar. Onlar arasında xəsarət alan yoxdur.
Aviaşirkət hadisənin araşdırılması üçün Fransanın müvafiq orqanları ilə əməkdaşlıq etdiyini bildirib.