CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat 3 iyul 2019-cu il tarixinədək davam edəcək
Sputnik

BAKI, 24 iyun — Sputnik. V qrupa aid "Musiqi sənəti" ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər, musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları "Musiqi məktəbi-məzun" sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

“İstədiyim hər şeyə nail olmuşam” – Kubu göz qırpımında yığan gəncəli tələbə

Qeyd edilib ki, məlumatları "Musiqi məktəbi-məzun" sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat 3 iyul 2019-cu il tarixinədək davam edəcək.

Qeyd: Mədəniyyət Nazirliyinin reyestrində qeydiyyatda olmayan təhsil müəssisələrini bitirən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatdan keçə bilməzlər.