CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənni: "Çingizin klipdə çılpaq olmasını çox sevdim"

Azərbaycanlı müğənnilər Dilarə Kazımova və Səmra Rəhimli açıqlamaları ilə diqqət cəlb ediblər
Sputnik

BAKI, 24 iyun — Sputnik. Bakıda "Jara 2019" musiqi festivalının "Pre-Party"si baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, gecədə şou-biznesin tanınmış simaları iştirak ediblər. Azərbaycanlı müğənnilər Dilarə Kazımova və Səmra Rəhimli açıqlamaları ilə diqqət çəkiblər. Belə ki, pre-parti haqda fikirlərini jurnalistlərlə bölüşən Səmra builki "Jara"dan "boom" enerji gözlədiyini dilə gətirib. Müğənni geyimləri ilə bağlı sualı isə belə cavablandırıb: "Mən hər şeyimlə diqqət çəkirəm".

Festivalda maraqlı şou göstərəcəyini söyləyən Dilarə Kazımova isə müğənni yoldaşı Çingiz Mustafayevin müsahibə verdiyi an müdaxilə edərək "Mən də kadra girməyə gəldim" deyib. Çingiz isə öz növbəsində ona "Mən sənin həyatına girəcəm" sözləri ilə qarşılıq verib. Kazımova isə "Gir mənim həyatıma" söyləməklə jurnalistləri təəccübləndirib.

Qeyd edək ki, Dilarə bir müddət öncə Çingiz haqda bunları söyləmişdi: "Çingizin klipdə çılpaq olmağını çox sevdim. Klipdə effekt vermişdilar deyə, çılpaq olması görünmürdü. O, çox xoşuma gəlir".