On dörd nəfəri gün vurdu

Doqquz nəfər hospitalizasiya olunub
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Havanın temperaturunun öncəki günlərlə müqayisədə yüksəlməsi ilə əlaqədar olaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə müraciətlər daxil olub.

Sputnik Azərbaycan-a Səhiyyə nazirliyindən verilən məlumata görə, bu ay ərzində 14 nəfər günvurma ilə bağlı müraciət edib:

"Bununla bağlı olaraq 9 nəfər hospitalizasiya edilib, 5 nəfərə isə yerində yardım göstərilib".