CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gənclər şəhərciyi"ndə üç kişi yaralandı

Bakıda baş verən qəzada 3 nəfər xəsarət aldı
Sputnik

BAKI, 24 iyun — Sputnik. Mehdiabad yolu, "Gənclər şəhərciyi" adlanan ərazidə avtomobil qəzası baş verib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Nazirliyin məlumatına görə, yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Qəzada 34 yaşlı Elvin Əliyev sol diz oynağının travması, 62 yaşlı Təhmasib Allahverdiyev alt dodağın kəsilmiş yarası diaqnozu, 27 yaşlı İdris Kərimov qapalı kəllə-beyin travması və gözün travması diaqnozu ilə xəstəxanaya gətiriliblər.