HADİSƏ

Bakıda avtomobillə kişinin üstündən keçdilər – Qəsdən

Münaqişə zamanı 29 yaşlı şəxs avtomobillə 31 yaşlı tanışını vurub
Sputnik

BAKI, 24 iyun — Sputnik. Bakıda 31 yaşlı kişi qətlə yetirilib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində 29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi “VAZ 2107” markalı avtomobillə tanışı, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.

M.Baxşıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.